“Qrenlandiyanın alınması ABŞ üçün milli təhlükəsizlik baxımından sərfəlidir”.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Leavitt bildirib.
Leavitt xatırladıb ki, hələ XIX əsrdə prezidentlər bu ideyanı səsləndirirdilər. Onun sözlərinə görə, Tramp adanın ələ keçirilməsi variantını istisna etmir, çünki o, əvvəlki prezidentlərdən fərqli olaraq bütün mümkün ssenariləri nəzərdən keçirir və ABŞ-ın maraqlarına ən uyğun olanını seçir.
Eyni zamanda o vurğulayıb ki, Tramp üçün əsas prioritet diplomatiya olaraq qalır.
Bizim.Media

































































































