“ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz” - Tramp

Hazırda oxunan: “ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz” - Tramp

589540

“Əgər ABŞ-nin birbaşa iştirakı olmasaydı, Rusiya indi bütün Ukraynaya sahib olardı: “NATO bizim yanımızda olmasa belə, biz həmişə onun yanında olacağıq. Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə dövlət Donald Tramp tərəfindən yenidən qurulmuş ABŞ-dır”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında yazıb. 

“Unutmayın ki, bütün böyük NATO dəstəkçiləri təşkilata ÜDM-in cəmi 2 faizini ayırırdılar və əksəriyyəti mən gələnə qədər bunu ödəmirdi.

ABŞ onların pulunu ödəyirdi. Mən bu rəqəmi ÜDM-in 5 faizinə çatdırdım və onlar indi dərhal ödəyirlər”, - deyə Tramp qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin