ABŞ Britaniyaya çox sayda hərbi təyyarə və helikopter göndərdi

Hazırda oxunan: ABŞ Britaniyaya çox sayda hərbi təyyarə və helikopter göndərdi

589442

ABŞ Böyük Britaniyadakı hava bazalarına 14 ədəd “C-17 Globemaster” hərbi yük təyyarəsi və iki ağır silahlanmış “AC-130J Ghostrider” helikopterini göndərib.

Bizim.Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.
 

Məlumata görə, yanvarın 3-dən etibarən, Saffolk və Qlouçesterşayr bölgələrində yerləşən üç Krallıq Hərbi Hava Qüvvələri bazasına ən azı 14 “C-17 Globemaster” yük təyyarəsi və iki ağır silahlanmış “AC-130J Ghostrider” helikopteri eniş edib.


“Globemaster” təyyarələrinin göyərtəsində xüsusi əməliyyatlarda istifadə olunan beş “MH-60M Black Hawk” və bir "MH-47G Chinook" helikopterinin olduğu güman edilir.

Qeyd olunur ki, adıçəkilən hava bazaları həm Krallıq Hərbi Hava Qüvvələri, həm də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən birgə istifadə olunur. Bununla belə, Böyük Britaniya Müdafiə Nazirliyi məlumatı şərh etməkdən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin