“Maduroya o xəyanət edib”

Hazırda oxunan: “Maduroya o xəyanət edib”

589388

ABŞ-ın Venesuela Prezidenti Maduronu iki saatlıq əməliyyatla heç bir müqavimətlə qarşılaşmadan ölkədən çıxarması dünya gündəmindəki yerini qorumaqdadır.

Bizim.Media xəbər verir ki, Kolumbiyanın keçmiş vitse-prezidenti Santos Kalderon müvəqqəti prezident təyin olunmuş Delsi Rodrigezi “Maduroya xəyanət edən şəxs” adlandırıb.

“Mən onun Maduronu təhvil verdiyinə tamamilə əminəm”, - o deyib.

Kalderonun sözlərinə görə, Rodrigez özünü ABŞ administrasiyasına “Maduro rejiminə məqbul alternativ” kimi təqdim edib.

Maduronun heç bir müqavimətlə qarşılaşmadan həbs olunması Rodrigezin roluna dair şübhələri daha da artırıb. ABŞ-ninn Venesuelaya endirdiyi hava zərbələrindən və Maduronun saxlanılmasından sonra Delsi Rodrigez Milli Assambleyada and içərək müvəqqəti prezident kimi səlahiyyətlərinin icrasına başlayıb.
 

Venesuela Ali Məhkəməsi Maduronun vəzifələrini icra edə bilməməsini əsas gətirərək, ölkədə inzibati davamlılığın və təhlükəsizliyin təmin olunması məqsədilə prezident səlahiyyətlərinin müvəqqəti olaraq Rodrigezə verilməsi barədə qərar qəbul edib. Venesuela ordusu da bu qərarı dəstəklədiyini açıqlayıb.


Solçu siyasi ailədən olan və Huqo Çaves dövründən etibarən müxtəlif dövlət vəzifələrində çalışan 57 yaşlı Delsi Rodrigez 2017-ci ildən Venesuelanın vitse-prezidenti vəzifəsini tuturdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin