Narkotiklər 2 yaşlı qızı məhv etdi ”“ FOTO

Hazırda oxunan: Narkotiklər 2 yaşlı qızı məhv etdi ”“ FOTO

58935

İki yaşlı Sofi zəhərlənmə simptomları ilə xəstəxanaya çatdırılıb, lakin o, 1 sutkadan sonra vəfat edib.

 

Sonradan qızın ölüm səbəbləri məlum olub. 2 yaşlı  qız daim  üzərində Tom və Cerrinin şəkilləri olan stəkandan su içirmiş. Qızın narkotik maddələr satan valideynləri isə onları həmin stəkanda saxlayırlarmış.

 

Qızcığazın saçından götürülmüş analiz nəticəsində məlum olub ki, onun bədənində nəinki, metadon, hətta heroin və kokain izləri də olub. Zavallı qız özü də bilmədən aylarla bu narkotik maddələrdən istifadə edib və onun orqanizmi zəhərlənib. Hətta Sofinin sevimli gəlinciyinin üzərindən də narkotik maddələr tapılıb.

 

Qızın valideynləri polisin gəlişinə qədər qadağan olunmuş  maddələri gizlətməyə çalışsalar da, hüquq mühafizə orqanları evin arxa həyətindən narkotik vasitələr tapıb.

 

Qızın ölümündə anası günahını boynuna almasa da, atası hər şeyi etiraf edib. Tədqiqatlar davam edir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin