“HHM (hava hücumundan müdafiə) üçün hər bir raket tədarükü insanların həyatını xilas edir və diplomatiya üçün şansları artırır. Məhz buna görə hər bir görüş konkret nəticə verməlidir. HHM üzrə yeni qərarlar, yeni yardım paketləri, səmanın müdafiəsi üçün yeni imkanlar - biz məhz bunlardan danışdıq”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla görüşünün detallarına dair açıqlamasında bildirib.
Zelenski qeyd edib ki, görüşdə Ukraynanın Rusiya terroruna qarşı durmaq üçün real imkanlarından, müdafiəmizdən və diplomatiyada mövqelərimizi gücləndirə biləcək dəstəkdən danışılıb:
“Diplomatiya və atacağımız addımlar barədə də çox əsaslı müzakirələr apardıq. Bu gün Parisdə “İstəkli Koalisiya”nın ən geniş tərkibli toplantısı keçirilir: dövlət rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri, nazirlər və səfirlər. Biz mühüm siyasi addımlar hazırlayırıq.”
Bizim.Media



































































































