Əfqanıstan vətəndaşının məhkəməsində ifadə verən azyaşlı qız: "Atam anamı gözümün qarşısında öldürdü"

Hazırda oxunan: Əfqanıstan vətəndaşının məhkəməsində ifadə verən azyaşlı qız: "Atam anamı gözümün qarşısında öldürdü"

589314

Bakıda həyat yoldaşını qətlə yetirməkdə və arvadını qısqandığı taksi sürücüsünə isə ağır xəsarət yetirməkdə təqsirləndirilən Əfqanıstan Respublikası vətəndaşı Samandar Səfayinin cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin azyaşlı qızı məhkəmədə sərbəst ifadə verərək atasının onun gözü qarşısında anasını yerə yıxaraq vurduğunu deyib:

"Atam gözümün qarşısında anamı vuraraq yerə yıxdı, mən ona çox yalvarsam da, mənim yalvarışıma qulaq asmayaraq, onu döyməyə başladı".

Digər şahid xanım isə təqdirləndirilən Samandar Səfayi ilə qonşu olduğunu deyib:

"Həmin gün həyətdə idim, birdən onlar tərəfdən qışqırıq gəlməyə başladı. Uşaq qışqırırdı ki, anam öldü, anam öldü. Getdim onlar tərəfə, gördüm ki, Nüşabə yerdə uzanıb xırıldayır. Sonra qonşularla təcili yardım çağırdıq, gəldilər, dedilər ki, ölüb".

Daha sonra sənədlər tədqiq olunaraq məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Prosesin çıxışlar mərhələsində söz prokurora verilsə də, o, buna hazır olmadığından məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, hadisə 2025-ci iyulun 9-da paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Qəsəbə sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi Rayon Prokurorluğunda aparılmış araşdırmalarla zərərçəkmişin əri, Əfqanıstan Respublikasının vətəndaşı Samandar Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin