Ukrayna gecə saatlarında Rusiyaya DƏHŞƏT YAŞATDI - Raket-artilleriya arsenalı, neft bazası… - VİDEO

Hazırda oxunan: Ukrayna gecə saatlarında Rusiyaya DƏHŞƏT YAŞATDI - Raket-artilleriya arsenalı, neft bazası… - VİDEO

589313

Gecə saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinə məxsus uzaqmənzilli dronları Rusiyanın arxa cəbhəsində yerləşən iki hərbi obyektə uğurlu zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə UİNAN-a UTX-dakı mənbələr məlumat verib.

Mənbə qeyd edir ki, Kostroma vilayətinin Ney rayonunda Baş Raket-Artilleriya İdarəsinə (GRAU) məxsus 100 saylı arsenalda güclü partlayış baş verib. Sursatların detonasiya etməsi nəticəsində gecə boyu ərazidə ardıcıl güclü partlayışlar qeydə alınıb. Yerli hakimiyyət orqanları yaxın yaşayış məntəqələrindən əhalinin təxliyəsinə başlayıb.

Mənbənin sözlərinə görə, bu arsenal Rusiya ordusu üçün mühüm əhəmiyyət daşıyırdı, çünki buradan qərb və mərkəzi istiqamətlərdəki aşağı səviyyəli anbarlara sursat tədarük edilirdi.

Bundan əlavə, UTX-nun “Alfa” dronları Lipetsk vilayətinin Streletskiye Xutora yaşayış məntəqəsində yerləşən “Gerkon Plyus” neft bazasına da zərbə endirib. Hücum nəticəsində obyekt ərazisində güclü yanğın başlayıb. Sözügedən neft bazası Tambov, Voronej və Lipetsk vilayətlərini neft məhsulları ilə təmin edirdi.
 

UTX-dakı məlumatlı mənbə bildirib ki, Yeni ildə də qurum Rusiyanın hərbi və neft obyektlərinə qarşı uğurlu əməliyyatlarını davam etdirir və düşmənin ordusunu sursat və yanacaqla təmin etmə imkanlarını azaldır. Mənbənin sözlərinə görə, Ukraynaya qarşı müharibədə iştirak edən bütün Rusiya arxa cəbhə obyektləri qanuni hədəf sayılır.


Xatırladaq ki, bundan əvvəl – 31 dekabr tarixində UTX-nun uzaqmənzilli dronları Rusiyanın Yaroslavl vilayətinin Rıbinsk şəhərində yerləşən “Temp” neft bazasını da vurmuşdu. Həmin obyekt dövlət ehtiyatları sisteminə daxildir və böyük həcmdə yanacağın saxlanması üçün nəzərdə tutulub. Hücumdan sonra neft bazasında genişmiqyaslı yanğın baş vermişdi. Rıbinsk şəhəri isə Rusiyanın mühüm tranzit və logistika mərkəzlərindən biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin