ABŞ Qrenlandiyanı ələ keçirsə, NATO dağılacaq - Danimarkanın baş naziri

Hazırda oxunan: ABŞ Qrenlandiyanı ələ keçirsə, NATO dağılacaq - Danimarkanın baş naziri

589299

Danimarkanın baş naziri Mette Frederiksen bəyan edib ki, ABŞ tərəfindən Qrenlandiyanın ələ keçirilməsi NATO hərbi alyansının faktiki olaraq sonu anlamına gələr.

Bizim.Media AP-yə istinadən xəbər verir ki, o, bu barədə bazar ertəsi Danimarkanın TV2 telekanalına açıqlamasında bildirib.

Qeyd olunur ki, Frederiksenin bu şərhləri ABŞ prezidenti Donald Trampın Venesuelada keçirilən hərbi əməliyyatdan sonra strateji əhəmiyyətə malik, zəngin faydalı qazıntılara sahib Arktika adasının ABŞ-ın nəzarətinə verilməsi ilə bağlı növbəti çağırışına cavab olaraq səslənib.

Frederiksen və onun Qrenlandiyalı həmkarı Yens-Frederik Nilsen Trampın bəyanatlarını kəskin şəkildə pisləyərək, bunun fəlakətli nəticələrə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq ediblər. Bir çox Avropa lideri də onlarla həmrəylik nümayiş etdirib.

“Əgər ABŞ NATO-ya üzv olan başqa bir ölkəyə qarşı hərbi hücum həyata keçirməyə qərar versə, hər şey dayanacaq. O cümlədən NATO alyansı da. Bu isə İkinci Dünya müharibəsinin sonundan bəri təmin olunan təhlükəsizliyin sona çatması deməkdir”, – deyə Mette Frederiksen vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin