Yuri Miqaşko müharibədə HƏLAK OLDU

Hazırda oxunan: Yuri Miqaşko müharibədə HƏLAK OLDU

589290

Ukraynada məşhur “Zvaženi ta şçaslıvi” və “MasterŞef” teleşoularının quruluşçu rejissoru Yuri Miqaşko cəbhədə həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Starlight Media şirkəti Facebook səhifəsində məlumat yayıb.

Bildirilib ki, Yuri Miqaşko təxminən 10 il ərzində media holdinqinin komandasında çalışıb, “Novıy Kanal” və STB telekanallarında quruluşçu rejissor, Starlight Production-da isə “Zvaženi ta şçaslıvi” və “MasterŞef” layihələrinin dekorator-quruluşçu rejissoru olub. O, 2022-ci ilin mart ayında Ukraynanı qorumaq üçün Müdafiə Qüvvələrinə qoşulub. Bir neçə gün əvvəl isə Sumı istiqamətində gedən döyüşlərdə həlak olub.

“Hazırda ürəyimiz, düşüncələrimiz və dəstəyimiz qəhrəmanımızın ailəsi və yaxınları ilədir”, — deyə Starlight Media nümayəndələri bildiriblər.

Qeyd edək ki, 2025-ci ildə də Ukraynanı müdafiə edərkən aktyor Yuri Felipenko həlak olub. Həmçinin 2022-ci ildən könüllü olaraq cəbhəyə yollanmış teleaparıcı və şoumen Maksim Nelipa, eləcə də Dnepropetrovsk Akademik Gənclər Teatrının aktyoru Maksim Kovtun da müharibədə həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin