Maduronun məhkəmə işi BU TARİXDƏ başlayacaq

Hazırda oxunan: Maduronun məhkəmə işi BU TARİXDƏ başlayacaq

589134

Venesuelada saxlanılaraq ABŞ-a aparılan Nikolas Maduroya qarşı elan edilmiş ittiham üzrə məhkəmə prosesi 2027-ci ildən tez başlamayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
 

Nəşrin yazdığına görə, bu, rəsmi ilkin iclas olacaq. Məhkəmə ittihamları elan edəcək, ilkin vəsatətlər üçün qrafik müəyyənləşdirəcək və həbs qətimkan tədbiri məsələsinə baxacaq.


Qeyd edilir ki, Maduronun girov qarşılığında azadlığa buraxılma ehtimalı az hesab olunur.

“İşin mahiyyəti üzrə baxılmasına hazırlıq uzun müddət çəkəcək, buna görə də prosesin aktiv mərhələsinin 2027-ci ildən tez başlaması gözlənilmir”, — deyə Bloomberg yazır.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyat keçirib.
 

Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib. Bundan əlavə, Venesuela Prezidenti Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ABŞ-a aparılıb.


Maduro və həyat yoldaşı Nyu-Yorkda hakim qarşısına çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin