Lukaşenko: “Amerikalılar Rusiya və Çini özlərinə qarşı birləşdirdi”

Hazırda oxunan: Lukaşenko: “Amerikalılar Rusiya və Çini özlərinə qarşı birləşdirdi”

58909

Amerikalılar dəlidirlər, çünki Rusiya və Çini özlərinə qarşı birləşdirdilər. 

Bizim.Media BelTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalisti, radio və teleaparıcı Vladimir Solovyova müsahibəsində deyib.

Müsahibə zamanı dövlət başçısı 2020-ci ilin əvvəlində Belarusa səfər etmiş ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo ilə danışıqlarının bəzi təfərrüatlarını açıqlayıb. 

Prezidentin sözlərinə görə, görüş zamanı digər məsələlərlə yanaşı, ABŞ-ın Çin və Rusiya ilə bağlı siyasəti də müzakirə edilib.

“Pompeo bura gələndə biz onunla ofisdə oturmuşduq. Ona bir neçə sual verdim. Deyirəm: “Siz dəlisiniz? Trampa de ki, siz dəlisiniz”. Mənə baxır: "Nə demək istəyirsən?". Sonra ona belə dedim: “Nə üçün böyük hərbi potensiala malik ən güclü nüvə dövlətini (Rusiya nəzərdə tutulur) ən güclü iqtisadi gücə malik olan bir ölkə (Çin nəzərdə tutulur) ilə bir əldə birləşdirdiniz və bu assosiasiyaya qarşı müharibə aparmağa çalışırsınız? Siz heç vaxt qalib gəlməyəcəksiniz. Siz dəlilər niyə belə edirsiniz?". O isə “Çin texnologiya oğurlayır. Biz onların qarşısını alacağıq” cavabını verir. Mən deyirəm: “Çox gecdir. Mən Çini səndən yaxşı tanıyıram. gecdir. Bu gün heç kim Çini dayandırmayacaq. Onlar sizin texnologiyalarınız olmadan da hər şeyi idarə edəcəklər”, - Aleksandr Lukaşenko həmin görüşlə bağlı bunları xatırlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin