İsveçrənin Vallis kantonunda yerləşən Krans-Montana dağ-xizək mərkəzində baş vermiş yanğında həlak olmuş 40 nəfərin şəxsiyyəti rəsmi qurumlar tərəfindən müəyyənləşdirilib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, yanvarın 1-də baş vermiş faciədə ölənlərin tam yarısı yetkinlik yaşına çatmayan şəxslərdir.
MÖVZU İLƏ BAĞLI:
İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO
Həlak olanların hamısı 14-39 yaş aralığında olub.
Rəsmi qurumların məlumatına əsasən, ölənlər arasında 21 İsveçrə, 9 Fransa, 6 İtaliya, 1 Belçika, 1 Portuqaliya, 1 Rumıniya və 1 Türkiyə vətəndaşı var.
Qeyd edək ki, hadisə nəticəsində müxtəlif dərəcədə xəsarət alanların sayı isə 119 nəfər olub.
Onların əksəriyyəti ağır dərəcəli yanıqla həm İsveçrənin, həm də qonşu ölkələrin xəstəxanalarına yerləşdirilib.



Bizim.Media



































































































