KİV: "Maçado Nobel Sülh Mükafatından imtina etsəydi, indi Venesuela prezidenti olardı"

Hazırda oxunan: KİV: "Maçado Nobel Sülh Mükafatından imtina etsəydi, indi Venesuela prezidenti olardı"

589076

ABŞ Prezidenti Donald Tramp Venesuela parlamentinin sabiq müxalif deputatı və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadonu siyasi cəhətdən dəstəkləmək niyyətində deyil. Buna səbəb isə Maçadonun 2025-ci ildə aldığı mükafatdan ABŞ liderinin xeyrinə imtina etməməsidir. 

Bizim.Media xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Maçado mükafatı qəbul edərkən onu Donald Trampa həsr etdiyini bildirsə də, ABŞ prezidenti medaldan imtina etməməsini “ən böyük günah” kimi qiymətləndirib.

“Əgər o, imtina edib desəydi ki, bu mükafatı qəbul edə bilməz, çünki o, Donald Trampa məxsusdur, bu gün artıq Venesuelanın prezidenti olardı”, — deyə WP-nin həmsöhbətlərindən biri bildirib.
 

Qəzet həmçinin qeyd edir ki, Trampın Venesuela müxalifətinə dair skeptik şərhləri Maçadonu və onun digər nümayəndələrini “çaşqın vəziyyətdə” qoyub. Hazırda onlar Vaşinqtonun Venesuelanın icraçı vitse-prezidenti, ölkənin Ali Məhkəməsi tərəfindən dövlət başçısının səlahiyyətlərini icra edən şəxs təyin edilmiş Delsi Rodrigeslə gələcək münasibətlərinin necə qurulacağını izləyirlər. 


Müxalifət ya “hamar keçid”, ya da səlahiyyətlərin tədricən dəyişdirilməsini gözləyir.

Xatırladaq ki, Venesuela müxalifətinin lideri Mariya Korina Maçado 2025-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. Bu mükafata namizədlər siyahısında Donald Tramp da var idi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin