Maduronun idman geyimi GÜNDƏMDƏ: Satış rekordu qırdı, qara bazar qiymətləri artdı – FOTO

Hazırda oxunan: Maduronun idman geyimi GÜNDƏMDƏ: Satış rekordu qırdı, qara bazar qiymətləri artdı – FOTO

589075

ABŞ prezidenti Donald Trampın sosial mediada paylaşdığı foto diqqəti Venesuela prezidenti Nikolas Maduronun siyasi taleyindən geyindiyi idman paltarına yönəldib.

Bizim.Media xəbər verir ki, foto Maduro ABŞ hərbi qüvvələri tərəfindən həyata keçirilən əməliyyatdan sonra ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Iwo Jima” gəmisinə aparılarkən çəkilib.
 

Maduronun ABŞ əməliyyatından sonra tutularkən əynində olan idman geyimi qısa müddətdə trendə çevrilib və satış rekordları qırıb. Bu geyimlər dərhal satılıb və qara bazarda olduqca bahalaşıb.


Bu foto diqqəti hadisənin siyasi ölçüsündən Maduronun idman geyiminə yönəldib. Gözləri bağlı və əlləri qandallı olan Maduronun əynində olan idman geyimi qısa müddətdə sosial mediada böyük marağa səbəb olub.

Sosial media istifadəçiləri Maduronun idman geyiminin markasını və modelini axtarmağa başlayıblar. 

Amerikanın idman geyimləri brendlərindən birinə məxsus olduğu müəyyən edilən dəst onlayn pərakəndə satış mağazalarında tez bir zamanda satılıb. 

Hətta geyim qara bazarda normal qiymətindən dəfələrlə yüksək qiymətlərlə satılmasına baxmayaraq, alıcıların sayı kifayyət qədər olub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin