Venesuelanın müvəqqəti prezidenti Trampı əməkdaşlığa çağırdı

Hazırda oxunan: Venesuelanın müvəqqəti prezidenti Trampı əməkdaşlığa çağırdı

589054

Venesuela Prezidentinin vəzifələrini müvəqqəti icra edən Delsi Rodriges rəsmi Vaşinqtonu əməkdaşlığa çağırıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Rodriges bununla bağlı ABŞ Prezidenti Donald Trampa ünvanlanmış müraciətini dərc edib.
 

Onun sözlərinə görə, Venesuela sülhə və sülh şəraitində birgə yaşayışa sadiqliyini təsdiqləyir, ABŞ və region ölkələri ilə sərbəst və hörmətli beynəlxalq münasibətlərin qurulmasını, suveren bərabərlik və müdaxilə etməmə prinsiplərinə əsaslanan əlaqələrin qurulmasını prioritet vəzifəsi kimi görür.


“Prezident Donald Tramp - xalqımız və regionumuz müharibə yox, məhz sülh və dialoqa layiqdir. Bu, həmişə Prezident Nikolas Maduronun mövqeyi olub və hazırda bütün Venesuelanın mövqeyidir. Bu, mənim inandığım Venesueladır, həyatımı həsr etdiyim Venesueladır”,- deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin