“ABŞ-ın Qrenlandiyanı ələ keçirəcəyi barədə dediyi tamamilə mənasızdır. Ağ Evin Danimarka Krallığını təşkil edən üç ölkədən heç birini anneksiya etmək hüququ yoxdur. Buna görə də mən ABŞ-a səslənirəm ki, tarixi baxımdan yaxın müttəfiqinə, eləcə də başqa bir ölkəyə və xalqa qarşı təhdidlərə son qoysun. Onlar satılmadıqlarını açıq şəkildə bəyan ediblər”.
Bizim.Media xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen müraciətində bildirib.
Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen isə açıqlamasında qeyd edib:
“ABŞ prezidenti “bizə Qrenlandiya lazımdır” deyəndə və bizi Venesuela ilə, hərbi müdaxilə ilə əlaqələndirəndə, bu sadəcə yanlış deyil, hörmətsizlikdir.”
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:47 / 05.01.2026
Danimarka Trampa səsləndi: Qrenlandiya ilə bağlı təhdidlərə son qoyun!
Hazırda oxunan: Danimarka Trampa səsləndi: Qrenlandiya ilə bağlı təhdidlərə son qoyun!
Hazırda oxunan: Danimarka Trampa səsləndi: Qrenlandiya ilə bağlı təhdidlərə son qoyun!
589015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































