Tramp Venesuela ilə bağlı brifinq keçirəcək

Hazırda oxunan: Tramp Venesuela ilə bağlı brifinq keçirəcək

588987

ABŞ Prezidenti Donald Tramp yanvarın 5-i brifinq keçirərək Venesuela ilə bağlı mövqeyi barədə hər iki partiyadan olan konqresmenlər qrupunu məlumatlandıracaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı CNN mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, brifinq yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə yanvarın 6-sı saat 02:30-da) keçiriləcək.
 

Çıxış edənlər arasında Pentaqonun rəhbəri Pit Heqset, dövlət katibi Marko Rubio və ABŞ-nin Baş prokuroru Pamela Bondinun da olması gözlənilir.


Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin