“İmzaya gedən yolu 20 ilə keçdik” - Ukrayna Türkiyə ilə bağlanan müqavilədən danışdı

Hazırda oxunan: “İmzaya gedən yolu 20 ilə keçdik” - Ukrayna Türkiyə ilə bağlanan müqavilədən danışdı

58892

Bu həftə Ukraynanın baş naziri Denis Şmıqal və Türkiyənin ticarət naziri Mehmet Muş arasında imzalanan Azad Ticarət Sazişi sayəsində Ukrayna mallarının 95%-i rüsum ödənilmədən Türkiyəyə gətiriləcək.

Bizim.Media "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Ukrayna hökumətinin başçısı yayıb.

"Bu həftə Ukrayna və Türkiyə tarixi Azad Ticarət Sazişi imzaladılar. İmzalanma yolu təxminən 20 il çəkdi. İndi Ukrayna mallarının 95%-i rüsum ödənilmədən Türkiyəyə gətiriləcək və bunun sayəsində Ukrayna biznesi ildə 10 milyard qriven qənaət edəcək”. Şmıqal Facebook-da belə yazıb.

Onun sözlərinə görə, saziş, ilk növbədə, Ukrayna sənayesi və maşınqayırmasının inkişafına müsbət təsir göstərəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin