Çexiya prezidenti NATO qoşunlarının Ukraynaya göndərilməsinə qarşı çıxdı

Hazırda oxunan: Çexiya prezidenti NATO qoşunlarının Ukraynaya göndərilməsinə qarşı çıxdı

0:00
0:00
58884

Çexiya prezidenti Miloş Zeman NATO qoşunlarının Ukraynaya köçürülməsinə qarşı çıxıb.

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu haqda informasiyanı “Prima News” nəşri yayıb.

“Ukrayna NATO-nun bir hissəsi deyil və ona görə də mən oraya qoşun göndərməyi yersiz hesab edirəm”, - deyə o, qeyd edib.

Alyansın özü də Ukraynaya silahla kömək etmədiklərini bəyan edib. Eyni zamanda, NATO-nun hərbi-nəqliyyat təyyarələrinin Ukraynaya uçduğu da məlumdur.

Daha əvvəl bildirilmişdi ki, Çexiya hakimiyyəti Ukraynaya 4 min artilleriya sursatının verilməsini təsdiqləyib.

Ötən ilin payızından Qərb mediası, eləcə də Ukrayna iddia edir ki,  Rusiya Ukraynaya qarşı “geniş miqyaslı işğala” hazırlaşır. 

Moskvada bu cür iddialar dəfələrlə rədd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin