“ABŞ hakimiyyəti Nikolas Maduro və həyat yoldaşını Amerika məhkəməsində mühakimə edəcək.”
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Venesueladakı əməliyyatla bağlı keçirdiyi mətbuat konfransında deyib.
Tramp deyib ki, ABŞ Venesuela paytaxtının mərkəzində hərbi əməliyyat keçirib. Əməliyyatın məqsədi Maduronu ələ keçirmək olub.
Tramp Maduro və arvadını ABŞ vətəndaşlarına qarşı "narkoterrorizm"də günahlandırıb.
O qeyd edib ki, ABŞ-ın Karakasdakı hərbi əməliyyatı İkinci Dünya Müharibəsindən bəri görünməmiş əməliyyat olub. Tramp Karakasdakı əməliyyatı Süleymaniyə vurulan zərbə ilə müqayisə edərək, bunu ABŞ tarixindəki ən təsirli əməliyyatlardan biri adlandırıb.
Tramp əlavə edib ki, ABŞ Venesuelaya ikinci, daha güclü əməliyyat dalğasına hazırdır, lakin bunun lazım olmayacağına inanır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:18 / 03.01.2026
Tramp: “Maduro və həyat yoldaşı Amerika məhkəməsində mühakimə ediləcək” - VİDEO
Hazırda oxunan: Tramp: “Maduro və həyat yoldaşı Amerika məhkəməsində mühakimə ediləcək” - VİDEO
Hazırda oxunan: Tramp: “Maduro və həyat yoldaşı Amerika məhkəməsində mühakimə ediləcək” - VİDEO
588816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































