Maduro və həyat yoldaşı ABŞ hərbi gəmisində Nyu-Yorka aparılır - Tramp AÇIQLADI

Hazırda oxunan: Maduro və həyat yoldaşı ABŞ hərbi gəmisində Nyu-Yorka aparılır - Tramp AÇIQLADI

588796

ABŞ Prezidenti Donald Tramp Nikolas Maduro və onun həyat yoldaşının hazırda ABŞ hərbi gəmisində olduğunu və Nyu-Yorkda aparılaraq məhkəmə qarşısına çıxarılacağını bildirib.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a telefon müsahibəsində deyib.

O, cütlüyün hazırda ABŞ-ın "İvo Jima" hərbi gəmisində olduğunu təsdiqləyib. Tramp onların helikopterlə ölkədən çıxarıldığını açıqlayıb.

Donald Tramp Venesuela Prezidentinin ələ keçirilməsini hərbi generallarla birlikdə Mar-a-Laqodakı iqamətgahında real vaxt rejimində izlədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin