ABŞ Gürcüstana səsləndi: “Saakaşvilinin məhkəməsi ədalətli olmalıdır”

Hazırda oxunan: ABŞ Gürcüstana səsləndi: “Saakaşvilinin məhkəməsi ədalətli olmalıdır”

58878

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin məhkəməsi ədalətli olmalıdır.

Bizim.Media gürcü mətbuatına xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.

“Gürcüstanın keçmiş dövlət başçısına qarşı ittihamlar tam təqdim edilməlidir ki, ictimaiyyət bu ittihamların qanuni olub-olmadığını bilsin. İttihamın keyfiyyətini müəyyən etmək ABŞ-ın səlahiyyətində deyil. Saakaşvili bu işi Avropa İnsan Haqları Məhkəməsinə verib. Biz hökumətdən ciddi şəkildə xahiş edirik ki, məhkəmə prosesi ədalətli keçsin və ona qarşı irəli sürülən ittihamlar tam təqdim olunsun ki, ictimaiyyət bu ittihamların qanuni olub-olmadığını bilsin”, - “Georgia Online” amerikalı diplomatdan sitat gətirib.

Deqnan, həmçinin Gürcüstan hökumətini Saakaşviliyə ləyaqətlə yanaşmağa çağırıb:

“O, lazımi tibbi yardım almalı, BMT-nin İnsan Haqları Konvensiyasının əsas prinsipi ilə  ədalətli mühakimə olunmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin