Maduro və xanımı narkoterrorizmdə ittiham OLUNUR

Hazırda oxunan: Maduro və xanımı narkoterrorizmdə ittiham OLUNUR

588779

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı irəli sürülən ittihamlar məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Baş prokuroru Pamela Bondi sosial şəbəkə hesabında paylaşım edib.

O, Nikolas Maduronun ağır cinayətlərdə ittiham olunduğunu təsdiqləyib. Baş prokurorun sözlərinə görə, Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsində qaldırılan ittiham aktına əsasən, Maduro və Flores narkoterrorizm və külli miqdarda kokainin ABŞ-a idxalında günahlandırılırlar. Bondi bəyan edib ki, onlar tezliklə “Amerika ədalətinin tam sərtliyi” ilə üzləşəcək.

Venesuela Baş prokuroru Tarek Uilyam Saab isə baş verənləri pisləyərək ABŞ-ı “quldur dövlət” adlandırıb. O bildirib ki, dövlət başçısının və xanımının təhlükəsizliyinə görə birbaşa Vaşinqton məsuliyyət daşıyır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu gün Bakı vaxtı ilə saat 20:00-da Florida ştatındakı Mar-a-Laqo iqamətgahında geniş mətbuat konfransı keçirəcək. Konfransda “Cənub Nizəsi” (“Operation Southern Spear”) əməliyyatının gizli detallarının və Maduronun hazırkı vəziyyəti ilə bağlı görüntülərin təqdim olunacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin