Maduronun həbsinə Avropa İttifaqından MÜNASİBƏT - FOTO

Hazırda oxunan: Maduronun həbsinə Avropa İttifaqından MÜNASİBƏT - FOTO

588765

Avropa İttifaqı (Aİ) ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat fonunda təmkinli olmağa çağırıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Maduro ABŞ-da hakim qarşısına ÇIXARILACAQ – FOTO


Bizim.Media xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində yazıb.

K.Kallasın sözlərinə görə, o, ABŞ dövlət katibi Marko Rubio, eləcə də Aİ-nin Karakasdakı səfiri ilə danışıqlar aparıb.
 

"Aİ dəfələrlə cənab Nikolas Maduronun legitimliyinin olmadığını bildirib və hakimiyyətin sülh yolu ilə ötürülməsini dəstəkləyib. İstənilən halda beynəlxalq hüquq və BMT Nizamnaməsinin prinsiplərinə əməl edilməlidir. Biz təmkinli olmağa çağırırıq", - o yazıb.


K.Kallas Aİ vətəndaşlarının təhlükəsizliyinə xüsusi diqqət çəkərək, onların müdafiəsinin Avropa İttifaqı üçün əsas məsələ olduğunu vurğulayıb.

Xatırladaq ki, bu gün ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyatlara başlayıb.

Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib. Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp Maduronun həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkədən çıxarıldığını elan edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin