Maduro artıq ABŞ-da həbsdədir.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə Yuta ştatından olan Respublikaçı senator Mayk Li “X” hesabında yazıb. Senator ABŞ-ın Dövlət Katibi Marko Rubio ilə telefon danışığı apardığını qeyd edib.
Respublikaçı senator Rubionun ona "Venesuelada başqa heç bir tədbir görülməyəcəyini" dediyini bildirib. Li həmçinin Maduronun ABŞ-da cinayət ittihamları ilə məhkəməyə veriləcəyini, hərbi əməliyyatın həbsi həyata keçirənlərin təhlükəsizliyi üçün aparıldığını yazıb.
Xatırladaq ki, bu gün ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyatlara başlayıb. Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib.
Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp Maduronun həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkədən çıxarıldığını elan edib.

Bizim.Media



































































































