ABŞ-ın Venesuelaya hücumuna dünya ölkələrinin REAKSİYALARI

Hazırda oxunan: ABŞ-ın Venesuelaya hücumuna dünya ölkələrinin REAKSİYALARI

588759

ABŞ-nin Venesuelada genişmiqyaslı əməliyyatlara başlamasına dünyanın bəzi ölkələri tərəfindən rəsmi etiraz edilib.

Bizim.Media xəbər verir ki, ilk reaksiya Kolumbiyadan gəlib.

Kolumbiya prezidenti Qustavo Petro X sosial media platformasında yazıb:

"Onlar bütün dünyaya Venesuelaya hücum etdiklərini elan edirlər. Kolumbiya Respublikası sülhün, beynəlxalq hüquqa hörmətin, həyatın və insan ləyaqətinin qorunmasının hər şeydən üstün olmasını bir daha təkrarlayır”.

Kuba

Daha sonra Kubanın etiraz səsi ucaldı: Prezident Migel Diaz-Kanel Bermudez sosial mediada sərt açıqlamasında Vaşinqtonu Venesuelaya qarşı "cinayətkar hücum" törətməkdə günahlandırıb və təcili beynəlxalq müdaxiləyə çağırıb.

Diaz-Kanel X-də paylaşımında ABŞ-ın hərəkətini təkcə Venesuelaya qarşı deyil, həm də daha geniş şəkildə Amerika qitəsinə qarşı "dövlət terrorizmi" kimi təsvir edib. Kuba lideri açıqlamasını inqilabi şüarla yekunlaşdırdı: "Ya ölüm, ya da biz qalib gələcəyik".

İran

İranın da məsələyə münasibəti gecikməyib. İran Xarici İşlər Nazirliyindən bildirib ki, “Amerikanın Venesuelaya hərbi hücumunu və ölkənin milli suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulmasını qətiyyətlə pisləyirik".

Rusiya

Rusiya da Xarici İşlər Nazirliyi vasitəsilə bildirib ki, Venesuelanın öz müqəddəratını təyin etmək hüququ kənardan heç bir dağıdıcı hərbi müdaxilə olmadan təmin edilməlidir:

"Biz Venesuela xalqı ilə həmrəy olduğumuzu və ölkənin milli suverenliyini qorumaq üçün rəhbərliyin siyasətini dəstəklədiyimizi bir daha təsdiqləyirik".

Almaniya

Almaniya isə məsələyə digər ölkələrdə fərqli yanaşıb. Almaniya hökümətinin bəyanatında bildirilib ki, Venesueladakı vəziyyəti narahatlıqla izləyirlər və yaxın saatlarda Böhran Qrupu yaradılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin