Dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 393 milyon 261 min 365-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Qeyd edilir ki, dünyada COVID-19-un yayılması başlayandan indiyədək 5 milyon 734 min 449 nəfər dünyasını dəyişib.
Koronavirusa 20 milyondan çox yoluxmanın aşkarlandığı ölkələrin siyahısında ilk üçlükdə ABŞ, Hindistan və Braziliya qəraraşıb. ABŞ-da 76 milyon 458 min 144 nəfər COVID-19-a yoluxub, ölənlərin sayı 902 266 nəfər təşkil edib.
Hindistanda 42 milyon 188 min 138 nəfər COVID-19-a yoluxub, 501 min 979 nəfər ölüb, Braziliyada isə 26 milyon nəfər ölüb. 484 min 546 xəstəliyə yoluxma, 632 095 nəfər isə dünyasını dəyişib.
Dünyada baş verən yoluxma halları ilə bağlı statistik məlumatlar üzrə ixtisaslaşmış “Worldometer” portalının məlumatına görə, bazar günü səhər planetin hər 1 milyon nəfərinə ölüm nisbəti 738,0 təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 2 771, Hindistanda 358, Braziliyada 2 939 nəfər ölüb.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:48 / 06.02.2022
Dünyada koronavirusa yoluxma hallarının sayı 400 milyona çatır
Hazırda oxunan: Dünyada koronavirusa yoluxma hallarının sayı 400 milyona çatır
Hazırda oxunan: Dünyada koronavirusa yoluxma hallarının sayı 400 milyona çatır
58875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.