ABŞ Uqo Çavesin mavzoleyini belə dağıtdı – VİDEO

Hazırda oxunan: ABŞ Uqo Çavesin mavzoleyini belə dağıtdı – VİDEO

588737

ABŞ qüvvələri Venesuelanın keçmiş prezidenti Uqo Çavesin mavzoleyinə zərbə endirib.
 

MÖVZU İLƏ BAĞLI: 

SON DƏQİQƏ! ABŞ Venesuelaya hücuma BAŞLADI – Paytaxt BOMBALANDI – VİDEO


Bizim.Media xəbər verir ki, hücumun görüntüləri telegram kanallarında yayılıb.

Məlumata görə, bu məkan hazırda keçmiş dövlət başçısının qalıqlarının saxlandığı hərbi muzey rolunu oynayır.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq ABŞ Venesuelaya qarşı hava zərbələri endirib. İlkin məlumatlara görə, hücumlar zamanı Venesuelanın hərbi və strateji obyektləri hədəf alınıb. Venesuela Prezidenti Nikolas Maduro ölkədə fövqəlarə vəziyyət elan edib.
 

Xatirladaq ki, Uqo Çaves (1954–2013) Venesuelanın tanınmış siyasi xadimi və 1999–2013-cü illərdə prezident olmuş lideridir. O, “Bolivarçı inqilab” adı altında sosialist yönümlü siyasət yürüdərək ölkədə dövlətçiliyi gücləndirmək və sosial proqramları genişləndirmək məqsədi güdürdü.


Çaves həm daxildə, həm də beynəlxalq səviyyədə kəskin tənqidlərə məruz qalsa da, geniş tərəfdar kütləsi qazanmağı bacarmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin