Xəbər verdiyimiz kimi, ABŞ Venesuelaya aviazərbələr endirməyə başlayıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! ABŞ Venesuelaya hücuma BAŞLADI – Paytaxt BOMBALANDI – VİDEO
Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, zərbələr şəhərin cənub hissəsinə - Fort Tiuna məhəlləsinə və Generalissimo Fransisko de Miranda Hava Bazasına endirilib.
İlkin məlumatlara görə, Karakasda ən azı on hədəfə hücum edilib. Hücuma məruz qalan hədəflər arasında Karakas limanı və bir neft emalı zavodu da var.
Bundan əlavə, Ölkənin şimal hissəsində, Hərbi Dəniz Akademiyasının yerləşdiyi Varqas ştatındakı La Quayra Hərbi Dəniz Bazasına da zərbə endirilib.
Karakasda hava hücumu xəbərdarlığı edilib. Venesuela Hərbi Hava Qüvvələri Amerika təyyarələrini və helikopterlərini ələ keçirmək üçün Su-30MKV qırıcı təyyarələrini havaya qaldırıb.
Bizim.Media



































































































