Xəbər verdiyimiz kimi, ABŞ Venesuelaya qarşı hücum əməliyyatlarına başlayıb. Paytaxt Karakas səmasında ABŞ ordusuna məxsus “CH-47 Chinook” helikopterlərinin uçuşu müşahidə olunur.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! ABŞ Venesuelaya hücuma BAŞLADI – Paytaxt BOMBALANDI – VİDEO
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Venesuellalı politoloq Ricardo Vaz bildirib ki, şəhərdə bir neçə dəfə partlayış səsləri eşidilib:
"Anlamağa çalışırıq, amma mən çoxlu güclü partlayışlar eşitmişəm. Əsas hərbi obyektlərdən ikisi olan Fuerte Tiuna və La Carlota-nın vurulduğu barədə məlumatlar var", - deyə R.Vaz qeyd edib.
Qeyd edək ki, hələlik nə ABŞ, nə də Venesueladan hücumla bağlı hər hansı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, ABŞ ordusu bir neçə aydır Venesuela sahillərində narkotik daşıyan gəmilərə ardıcıl zərbələr endirir.
Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Venesuelanı hücum əməliyyatları ilə təhdid edib.
Tehran Orucoğlu, Bizim.Media



































































































