ABŞ Venesuelaya hücuma BAŞLADI – Paytaxt BOMBALANDI – VİDEO

Hazırda oxunan: ABŞ Venesuelaya hücuma BAŞLADI – Paytaxt BOMBALANDI – VİDEO

588715

ABŞ Venesuelaya qarşı hücum əməliyyatlarına başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Xarici KİV-lərin yazdığına görə, paytaxt Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır.
 

Üstəlik, Karakasda ardıcıl partlayışlar qeydə alınıb. Bundan əlavə, şəhər səmasında ABŞ ordusuna məxsus “CH-47 Chinook” helikopterlərinin uçuşu müşahidə olunur. Hələlik nə ABŞ, nə də Venesueladan hücumla bağlı hər hansı rəsmi açıqlama verilməyib.


Xatırladaq ki, ABŞ ordusu bir neçə aydır Venesuela sahillərində narkotik daşıyan gəmilərə ardıcıl zərbələr endirir.

Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Venesuelanı hücum əməliyyatları ilə təhdid edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin