Zelenski bu şəxsi müdafiə naziri təyin edəcək – VİDEO

Hazırda oxunan: Zelenski bu şəxsi müdafiə naziri təyin edəcək – VİDEO

588714

Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə nazirinin dəyişdirilməsi planlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Ukraynanın Dövlət başçısı bu barədə “telegram” kanalında paylaşdığı videomüraciətdə bildirib.

O, Ukraynanın müdafiə naziri postuna baş nazirin birinci müavini – rəqəmsal transformasiya naziri Mixail Fedorovun namizədliyi irəli sürülüb.
 

Zelenski qeyd edib ki, Fedorov dron texnologiyaları, həmçinin dövlət xidmətləri və proseslərinin rəqəmsallaşdırılması sahəsində səmərəli fəaliyyət göstərir. Prezident əlavə edib ki, hazırkı müdafiə naziri Denis Şmıqal komandada qalacaq və ona dövlət idarəçiliyində başqa bir istiqamət təklif olunub.


Qeyd edək ki, Zelenski dünən hərbi kəşfiyyat rəisi Kiril Budanovu Prezident administrasiyasına rəhbər təyin edib.

Budanovun yerinə - Ukrayna Xarici Kəşfiyyat Xidmətinin yeni rəhbəri vəzifəsinə isə Oleq İvaşşenko təyinat alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin