İtaliyada qar uçqunu iki nəfərin ölümünə səbəb oldu

Hazırda oxunan: İtaliyada qar uçqunu iki nəfərin ölümünə səbəb oldu

588693

İtaliyanın şimalında, Alp dağlarında baş verən bir sıra qar uçqunları iki nəfərin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Alp Xilasetmə Xidmətinin verdiyi məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır. Təşkilatın açıqlamasında bildirilir ki, güclü küləklər xilasetmə qruplarının işinə mane olur.

Qeyd olunur ki, güclü qar və küləklər son günlərdə Alp dağlarında qar uçqunu riskini artırıb.

Rəsmilər turistləri və xizəkçiləri ehtiyatlı olmağa çağırıb, şərait qeyri-sabit qaldığı üçün dağlıq
ərazilərə çıxmamağı tövsiyə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin