Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

Hazırda oxunan: Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

588682

Meksika prezidenti Klaudia Şeynbaum gündəlik mətbuat konfransını zəlzələ ilə bağlı xəbərdarlıq sisteminin işə düşməsi səbəbilə yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Milli Sarayda keçirilən və canlı yayımlanan tədbir zamanı baş verib.

Ştatın Guerrero bölgəsində mümkün seysmik aktivlik barədə xəbərdarlıq edən sirenlər səsləndikdən sonra dövlət başçısının çıxışı dayandırılıb.

Rəsmi qurumlar vəziyyətin nəzarət altında olduğunu bildirib.

Qeyd edək ki, Meksikada 6,5 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 187 min nəfərin yaşadığı Çilpansinqo şəhərindən 42 kilometr cənub-şərqdə, ocağı 42 kilometr dərinlikdə yerləşib. 12 nəfərin xəsarət aldığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin