Böyük Britaniya dekabrın 23-də Türkiyədə qəzaya uğrayan Liviya hərbi təyyarəsinin qara qutusunu təhlil etməyə razılaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" məlumat yayıb.
Xatırladaq ki, təyyarə qəzası nəticəsində Liviyanın baş qərargah rəisi general Məhəmməd əl-Həddad, onun dörd köməkçisi və ikisi fransız olmaqla, üç ekipaj üzvü həlak olub.
Türkiyə rəsmiləri "Falcon 50"nin havaya qalxdıqdan az sonra qəzaya uğramasının elektrik nasazlığı nəticəsində baş verdiyini bildiriblər.
Qara qutu qəza yerinin yaxınlığındakı kənd təsərrüfatı sahəsində tapılıb.
Milli Həmrəylik Hökumətinin nəqliyyat naziri Məhəmməd əl-Şəhubi Tripolidə keçirdiyi mətbuat konfransında bildirib ki, Liviya uçuş qeydinin təhlilini Böyük Britaniya ilə birbaşa koordinasiya edib.
Fransanın cəlb edilməsi tələbi ilə əvvəllər Almaniyaya sorğu göndərilib, lakin 7 dekabr 1944-cü ildə qəbul olunmuş Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası təhlil aparan ölkənin neytrallığını tələb edir. Fransa isə təyyarənin istehsalçısıdır və bəzi ekipaj üzvləri də milliyyətcə fransızdırlar. Buna görə də Türkiyə ilə razılaşdıraraq, Böyük Britaniyanın namizədliyi qəbul olunub.
Bizim.Media































































































