Yeni ildə RƏQABƏT — ABŞ və Çin bir-birinə meydan oxuyacaq

Hazırda oxunan: Yeni ildə RƏQABƏT — ABŞ və Çin bir-birinə meydan oxuyacaq

588563

Son illərdə texnologiyanın sürətli inkişafı ilə dünyanın ən böyük güclərini kəllə-kəlləyə gətirir. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük şirkətlərin reytinqini dəyişdirən və ABŞ və Çin kimi böyük güclər arasında ən böyük rəqabət meydanına çevrilən süni intellekt texnologiyalarının yeni ildə də dünya gündəminin mərkəzində qalacağı gözlənilir.
 

Hər yeni versiya ilə imkanları artan böyük süni intellekt  modellərinin gündəlik həyatda və biznesdə istifadəsinin artacağı proqnozlaşdırılsa da, robototexnika sahəsindəki inkişaflar bu sürətlə ayaqlaşarsa, ağıllı robotların evlərə daxil olması sürətlənə bilər.


Səhiyyə sektorunda süni intellekt dəstəkli texnologiyaların həm xəstəliklərin diaqnozunda, həm də yeni dərman istehsalında səmərəliliyi artıracağı gözlənilir.

Süni intellekt çipləri vasitəsilə texnoloji inkişaflar və yüksək hərbi texnoloji investisiyalar sayəsində ABŞ-Çin rəqabəti zirvədə olacaq. Bir çoxları üçün həm həyəcanverici, həm də narahatedici olan süni intellekt texnologiyalarının yüksəlişi Avropa Birliyinin süni intellekt qaydalarını qlobal miqyasda müzakirə mövzusuna çevirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin