Finlandiya sərhədçiləri Helsinki–Tallin arasında sualtı telekommunikasiya kabelinin zədələnməsi ilə bağlı Rusiyaya gedən yük gəmisini saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Saxlanılan gəmi Fitburg adlanır. Gəmi Sent-Vinsent və Qrenadanın bayrağı altında üzür.
"MarineTraffic" məlumatına görə, gəmi Sankt-Peterburqdan çıxıb və İsrailin Hayfa limanına gedirmiş.
Gəminin heyətində Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olub. Ümumilikdə heyətdə 14 nəfər var. Gəmi Estoniyanın müstəsna iqtisadi zonası yaxınlığında, lövbər salmış vəziyyətdə aşkarlanıb.
Gəmidə axtarış aparılıb. Heyət üzvləri dindirilib. Finlandiya polisi bildirib ki, iki nəfər saxlanılıb. Daha iki nəfərə ölkədən çıxış qadağası qoyulub. Saxlanılanların vətəndaşlıqları açıqlanmır.
Gömrük orqanları daşıdığı yükləri yoxlamaq üçün müsadirə edib. Sanksiyaların pozulub-pozulmadığı araşdırılır.
Finlandiya polisi istintaqın davam etdiyini bildirir.
Bizim.Media



































































































