Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Hazırda oxunan: Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

588385

Hollivud aktyoru Corc Kluni və həyat yoldaşı Amal Kluni öz iki uşağı ilə birlikdə Fransız vətəndaşlığı əldə ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Aktyor Fransada yaşamaq qərarını əsasən ailənin təhlükəsizliyi və məxfiliyi ilə izah edib.

Onun sözlərinə görə, bu qərarı səkkiz yaşlı əkizləri Aleksandr və Ellanın mediadan uzaq, rahat həyat yaşamaları üçün verib:
 

“Burada uşaqların şəkilləri çəkilmir. Məktəbin qapısında paparatsilər yoxdur. Bizim üçün bu ən vacibdir. Bizim ABŞ-də də evimiz var, amma ən xoşbəxt yer bizim üçün bu fermadır, burada uşaqlar əylənə bilirlər”.


Qeyd edək ki, cütlük bir neçə ildir Fransada yaşayır. 2021-ci ildə Klunilər Brinyol şəhərində üzüm plantasiyasında ev alıblar. Evin dəyəri təxminən 9 milyon avro təşkil edir. Fransız KİV-lərinin məlumatına görə, mülkün ərazisində hovuz və tennis kortu da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin