Türkmən xalqı kef edir...

Hazırda oxunan: Türkmən xalqı kef edir...

58838

Moderator.az “Neytral Türkmənistan” nəşrində çap olunmuş məqaləyə istinadən xəbər verir ki, 2014-cü ilin sonuna qədər Türkmənistanda  ümumi dəyəri 9 milyard dollar olan 419 iri müəssisə istifadəyə veriləcək.

Məqalədə qeyd edilir ki, ilin birinci yarısının nəticələrinə görə, iqtisadiyyatın müxəlif sahələrinə kapital qoyuluşu 8.3% artıb.

Məqalədə deyilir ki, ölkədə adambaşına düşən ümumi daxili məhsul $19 minə çatıb.

Türkmənistan tədricən bazar iqtisadiyyatına keçir : milli valyutanın denominasiyası, valyuta məzənnələrinin birləşməsi və  2014-ci ildə ölkə mühasibat uçotu beynəlxalq standartlarına keçib.

“BP Statisical World Energy” hesabatına görə, 2013-cü ildə Türkmənistanda 11.4 milyon ton neft və 62.3 milyard kub metr qaz hasil edilib. 2013-cü ildə ixracın həcmi 5.1 milyon ton xam neft və 40 milyard mavi qaz təşkil edib.

Hazırda Türkmənistanın əhalisi 5.3 milyon nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin