Yeni ili ilk bu ölkələr QARŞILAYACAQ – SİYAHI

Hazırda oxunan: Yeni ili ilk bu ölkələr QARŞILAYACAQ – SİYAHI

588312

Dünyada Yeni ili ilk qarşılayan ölkə Koordinasiya olunmuş Ümumdünya Vaxtına (Coordinated Universal Time | UTC) olan məsafəyə görə müəyyən edilir.

Bizim.Media xəbər verir ki, Koordinasiya olunmuş Ümumdünya Vaxtı zamanı tənzimləmək üçün qlobal səviyyədə qəbul edilmiş standartdır. UTC, beynəlxalq ünsiyyəti, naviqasiyanı, elmi araşdırmaları və ticarəti asanlaşdırmaq məqsədilə yaradılıb.
 

Buna görə, UTC+14 zaman zonasına daxil olan ada ölkəsi Kiribati dünyada Yeni ilə ilk daxil olan ölkədir. Daha sonra Kiribatini Samoa izləyir. Sonra həmin saat zonasına daxil olan digər ölkələr Yeni ili qarşılayır.


Kiribati və Samoadan sonra sıralama belədir: Tonga, Yeni Zelandiya, Avstraliya, Yaponiya, Cənubi Koreya, Şimali Koreya, Çin, Sinqapur.

Yeni ilə ən son girən ölkələr isə UTC-12 zaman zonasına daxil olan Baker və Howland adalarıdır.

Naibə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin