Merts: “2026-cı il Avropa üçün həlledici ola bilər”

Hazırda oxunan: Merts: “2026-cı il Avropa üçün həlledici ola bilər”

588306

Almaniya Kansleri Fridrix Merts 2026-cı ilin həm Almaniya, həm də bütövlükdə Avropa üçün həlledici il ola biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, Kansler bu fikirləri hökumət başçısı kimi millətə ilk Yeni il müraciətində səsləndirib.

Onun sözlərinə görə, dünya sürətlə dəyişir və bu dəyişikliklər Avropanın təhlükəsizliyinə və rifahına birbaşa təsir göstərir.
 

Merts Almaniyanın əsas çağırışları sırasında Ukraynadakı münaqişəni, iqtisadi təzyiqləri, proteksionizmin artmasını və ABŞ ilə münasibətlərin xarakterindəki dəyişiklikləri qeyd edib.


Kansler vurğulayıb ki, bu şəraitdə Avropa öz maraqlarını daha güclü şəkildə müdafiə etməli və təhlükəsizlik sahəsində məsuliyyəti artırmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin