Netanyahudan İranla bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Netanyahudan İranla bağlı XƏBƏRDARLIQ

588275

“İsrailin Baş naziri Benyamin Netanyahu İranın ballistik raket istehsalını bərpa etdiyini bəyan edib”.

Bizim.Media xəbər verir ki, “Fox News” telekanalında yayımlanan müsahibədə Baş nazirə İranın ballistik raket və nüvə potensialını bərpa etməkdə nə qədər irəlilədiyi barədə sual ünvanlanıb.

Netanyahu bildirib: “Hər iki sahədə onları əhəmiyyətli dərəcədə geri çəkmişik, lakin onlar yenidən cəhd göstərəcəklər”.

Baş nazirin sözlərinə görə, İranın Fordodakı nüvə obyektinin məhv edilməsindən sonra Tehran nüvə proqramını digər obyektlərdə yenidən qurmağa çalışır. O əlavə edib ki, İran eyni zamanda ballistik raketlərin istehsalı üçün nəzərdə tutulan obyektləri də bərpa etməyə çalışır və artıq istehsala qayıdıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin