Zelenski: “Putinlə istənilən formatda görüşməyə hazıram”

Hazırda oxunan: Zelenski: “Putinlə istənilən formatda görüşməyə hazıram”

588261

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə istənilən formatda görüşməyə hazır olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski jurnalistlər üçün keçirdiyi brifinq zamanı bildirib.

“Əsas odur ki, ruslar qorxmasın”, – deyə Ukrayna prezidenti qeyd edib.
 

O əlavə edib ki, sülh planı üzrə ilk sənədlər artıq yanvar ayında imzalanmağa hazır olacaq.


Zelenskinin sözlərinə görə, Ukrayna və ABŞ sülh planının müddəalarının razılaşdırılması ilə bağlı hər gün intensiv məsləhətləşmələr aparır:

“Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Rüstəm Umerovun rəhbərlik etdiyi işçi qrupu ABŞ Prezidenti Donald Trampın komandası ilə daimi telefon əlaqəsindədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin