Rusiyada Kalininqradın "Xrabrovo" hava limanından qəbul ediləcək və yola salınacaq reyslər üzrə 50-dən çox uçuş təxirə salınıb, 8-i isə ləğv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə rus KİV-i hava limanının onlayn-lövhəsindəki məlumatlara istinadən bildirib.
Məlumata görə, buna səbəb pis hava şəraitidir.
Aeroportdan bildirilib ki, reyslərin həyata keçirilməsi ilə bağlı qərarlar real vaxt rejimində, vəziyyətdən və təhlükəsizlik tələblərindən asılı olaraq qəbul edilir. Daha əvvəl regionun Fövqəladə Hallar Nazirliyi Kalininqrad vilayətində küləyin güclənəcəyi barədə xəbərdarlıq etmişdi. Külək sürəti saniyədə 25-28 metrə çata bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:14 / 30.12.2025
Rusiyanın bu aeroportunda 50-dən çox reys təxirə salındı
Hazırda oxunan: Rusiyanın bu aeroportunda 50-dən çox reys təxirə salındı
Hazırda oxunan: Rusiyanın bu aeroportunda 50-dən çox reys təxirə salındı
588196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































