2025-ci iıin yekunlaşmasına və 2026-cı ilin başlamasına 1 gün qalıb. Dünya sabah saatlar 00:00-ı göstərdikdə yeni ili qarşılayacaq. Bir çox ölkələrdə yeni il bayram olaraq qeyd edilsə də, yeni təqvim ilinə keçidi sıradan qarşılayanlar da az deyil.
Bizim.Media Yeni il bayramını qeyd etməyən həmin ölkələrin siyahısını təqdim edir:
İran
İranda yeni il təqvimi mart ayına dəyişdiyindən ölkədə bu bayram rəsmi olaraq qeyd edilmir. Yeni il yazın ilk günündə - martın 22-də keçirilir.
Əfqanıstan
Bu ölkədə Yeni illə bağlı bütün tədbirlər illərdir ki, qadağan edilib. Əfqanıstanda dini və milli əsaslı bayramlar ön plandadır.
Bruney
Əhalisinin böyük hissəsi müsəlman olan Bruneydə 2015-ci ildən etibarən bütün yeni il şənlikləri qadağan edilib. Qadağanı pozan şəxsləri isə 5 il həbs və ya 20 000 ABŞ dolları pul cəzası gözləyir.
Tacikistan
Tacikistanda 2015-ci ildən etibarən Yeni il bayram olaraq qeyd edilmir. Ölkədə ictimai yerlərdə Şam ağaclarının bəzədilməsinə icazə verilmir.
Hindistan
Hindistan Qriqorian təqviminə görə Yeni ili yanvarın 1-də deyil, martın 22-də qeyd edir. Hətta ölkənin bəzi yerlərində yeni ilin gəlişi aprelə təsadüf edir.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
Dünya
13:43 / 30.12.2025
Bu ölkələrdə Yeni il bayramı qadağan edilib - SİYAHI
Hazırda oxunan: Bu ölkələrdə Yeni il bayramı qadağan edilib - SİYAHI
Hazırda oxunan: Bu ölkələrdə Yeni il bayramı qadağan edilib - SİYAHI
588174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































