Ailəsi ilə birgə bu ölkənin vətəndaşı oldu – FOTO

Hazırda oxunan: Ailəsi ilə birgə bu ölkənin vətəndaşı oldu – FOTO

588143

Məşhur amerikalı aktyor Corc Kluni həyat yoldaşı Amal Kluni və iki övladı ilə birlikdə Fransa vətəndaşlığı alıb.

Bizim.Media xəbər verir ki, bu barədə AFP agentliyi vətəndaşlıq verilməsi haqqında Fərmana istinadən məlumat yayıb.

C.Kluni Fransadakı evlərində özlərini daha xoşbəxt hiss etdiklərini bildirib: “Burada uşaqların şəklini çəkmirlər. Məktəb qapılarında paparazzilər olmur. Bu bizim üçün ən vacib amildir”.

Qeyd edək ki, Corc Kluni Livan əsilli ingilis vəkil Amal Alamuddinlə 2014-cü ildə ailə qurub. Onların 2017-ci ildə əkiz uşaqları - Aleksandr və Ella dünyaya gəlib.

2021-ci ildə aktyor həyat yoldaşı ilə birlikdə Fransanın cənub-şərqində yerləşən Brinyol kommunasında malikanə və üzüm bağı alıb. Amal Kluni fransız dilində səbəst danışır.

Bundan başqa, cütlüyün İtaliyanın füsunkar Komo gölü ətrafında mülkü, İngiltərədə tarixi bir malikanəsi var. Onların həmçinin Nyu-Yorkda bir mənzilinin və Kentuki ştatında əmlaklarının olduğu bildirilir. (Qafqazinfo.az)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin