Suriyada hazırda dövriyyədə olan pul əskinaslarının üzərindən keçmiş prezidentlər Bəşər Əsəd və atası Hafiz Əsədin portretləri yığışdırılır.
Bizim.Media SANA agentliyinə istinadən xəbər verir ki, üzərində çiçək, tut ağacı, portağal, sünbül və zeytun təsvirlərinin yer alacağı pul əskinaslarının yeni layihəsini Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa şəxsən təqdim edib.
Prezident yeni əskinasların tətbiqinin denominasiya ilə bağlı olduğunu, bunun Suriya üçün bir dövrün sonu və yeni bir mərhələnin başlanğıcını təcəssüm etdirdiyini bildirib.
Əhməd əl-Şaraanın sözlərinə görə, yeni əskinaslar Suriyanın irsini əks etdirir və dollardan asılılığı azaltmaq məqsədi daşıyır.
Qeyd edək ki, dəyişiklikdən əvvəl 2000 funtluq əskinasın üzərində Bəşər Əsədin, 1000 funtluq əskinasın üzərində isə onun atasının portreti var idi. Qalan əskinaslarda isə Suriyanın mədəni irs obyektlərinin təsvirləri yer alırdı.
Pul islahatına əsasən, əskinasların üzərindən iki ədəd 0 rəqəmi götürüləcək. Yeni əskinaslar 2026-cı il yanvarın 1-dən etibarən tədavülə buraxılacaq.
Ötən il dekabrın 8-də Suriyada müxalif qüvvələr hakimiyyəti ələ keçirdikdən sonra Prezident Bəşər Əsəd ölkəni tərk edib. Daha sonra onun və ailəsinin Rusiyadan siyasi sığınacaq aldığı məlum olub. Bununla da, Suriyada 61 il hakimiyyətdə olan “Baas” rejimi devrilib. (Qafqazinfo.az)


Bizim.Media

- A-
- A
- A+
Dünya
10:29 / 30.12.2025
Suriyanın yeni pulları belə olacaq – FOTO
Hazırda oxunan: Suriyanın yeni pulları belə olacaq – FOTO
Hazırda oxunan: Suriyanın yeni pulları belə olacaq – FOTO
588115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































