Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

Hazırda oxunan: Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

588086

“İndi eşidirəm ki, İran yenidən güc toplamağa çalışır və əgər bu doğrudursa, əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, biz onları məhv etməli olacağıq. Onlara sarsıdıcı zərbə endirəcəyik, amma ümid edirəm ki, buna ehtiyac qalmaz”.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı bildirib.

“Eşitmişəm ki, İran razılaşma bağlamaq istəyir. Əgər onlar razılaşma istəyirlərsə, bu, daha ağıllı seçimdir”, — deyə ABŞ prezidenti qeyd edib.

Netanyahunun İrana yenidən zərbə endirməsinə icazə verib-verməyəcəyi ilə bağlı suala cavab verən Tramp deyib:

“Ballistik raketlərə gəldikdə — bəli. Tehran nüvə proqramını bərpa etməyə cəhd edərsə, ABŞ mümkün qədər tez zamanda İrana zərbə endirməyə hazırdır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin