İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı İrana qarşı yeni zərbələri dəstəkləməyə razı salmağa çalışır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Nəşrin mənbələri bildirir ki, İsrail hökumətinin başçısı İranın hələ də İsrailin milli maraqları üçün təhlükə yaratdığını israrla vurğulayır.
İddia edilir ki, Netanyahu ya İran obyektlərinə zərbələr endirilməsinə sanksiya verilməsinə, ya da ABŞ-ın münaqişəyə birbaşa müdaxiləsinə nail olmağa çalışır.
Bizim.Media



























































































